Ümumi məlumat
Əməliyyat sisteminin seçilməsi
Məqsədlər:
Linux’un inkişafı və məşhur əməliyyat sistemləri
Əməliyyat sisteminin seçilməsi
Bu kitabı oxuyursunuzsa, deməli, Linux əməliyyat sistemi haqqında öyrənmək istəyirsiniz. Bu səyahətə başlamazdan öncə, ilk olaraq Linuxun və əməliyyat sisteminin nə olduğunu anlamalısınız. Bu bölmədə əməliyyat sisteminin nə olduğu, istifadəçinin əməliyyat sistemi ilə əlaqəsi, Linuxun digər məşhur əməliyyat sistemləri ilə müqayisəsi və hətta xüsusi Linux tətbiqetmələrinin necə dəyişməsi təsvir olunur. Bunları anlamaq sizə Linux və Linux əsaslı sistemlər haqqında öyrənməyə kömək edəcək.
Əməliyyat sistemi (OS) nədir?
Əməliyyat sistemi heç olmasa bir proqramın işləyə bilməsi üçün komputeri bütün əsas xüsusiyyətlərlə təchiz edir. Əməliyyat sistemi komputerin hardware cihazlarından istifadə etməyə imkan verir, istifadəçi interfeysi standartlarını müəyyənləşdirir və proqramların işləyə bilməsi üçün komputeri əsas vasitələrlə təmin edir. Bu bölmədə Əməliyyat Sistemini təşkil edən müxtəlif hissələrdən və onların birlikdə necə işlədiklərindən danışılır.
Kernel nədir?
Əməliyyat sisteminin kerneli komputerin aşağı səviyyəli xüsusiyyətlərini idarə edən proqram təminatıdır:
Hardware cihazlarla əlaqə yaratmaq (şəbəkə adapteri, sərt disklər və s.)
Yaddaşın fərdi proqramlara bölünməsi
CPU time fərdi proqramlara bölünməsi
Proqramların bir-biri ilə əlaqəsinin təmin edilməsi
Siz hər-hansı proqramdan istifadə edərkən(tutaq ki, veb brauzer), onun bir çox əsas funksiyaları kernelə əsaslanır. Veb brauzer xarici dünya ilə sadəcə kernelin təmin etdiyi şəbəkə funksiyalarından istifadə etməklə əlaqə yarada bilir. Kernel yaddaşı və mərkəzi prosessoru veb brauzerə görə bölür hansı ki, veb brauzer bu olmadan işləyə bilməz. Veb brauzer multimedianı plug-inlər vasitəsilə göstərə bilir; Bu cür proqramlar işə salınır və kernel vasitəsilə veb brauzerlə əlaqə yaradılır. Kompüterdə işə salınan hər hansı proqram bir əməliyyat sistemindən digərinə və bir proqramdan digərinə dəyişsə də oxşar şəkildə kernelə əsaslanır.
Kernel komputeri bir parça halında tutan proqram təminatı “yapışqanı”dır. Kernel olmadan müasir komputer çox az iş görə bilər.
Kernellər dəyişdilərilə bilən deyillər; Linux kerneli Apple iş yerlərində və noutbuklarda istifadə olunan macOS kernelindən, Microsoft iş yerlərində və noutbuklarda istifadə olunan Windows kernelindən fərqlidir. Bu kernellərin hər biri müxtəlif daxili dizayndan istifadə edir və proqramların istifadəsi üçün müxtəlif proqram təminatı interfeysləri var. Beləliklə, hər bir əməliyyat sistemi kerneldən qurulur və hər bir əməliyyat sisteminin xüsusiyyətlərini daha da müəyyənləşdirən proqramları var ki, onlardan istifadə edir.
Qeyd: Bəzi proqramlar bir neçə kerneldə işləyir, amma əksəriyyətinin uyğun əməliyyat sisteminə xas olan dəyişikliklərə ehtiyacı var. Proqramçılar hər bir əməliyyat sisteminə uyğun müəyyən prosessor və kernel üçün binaries –proqram faylları yaradırlar. Proqramı işlətdiyiniz əməliyyat sistemi üçün yaradılan binary faylı işə salmalısınız.
Linux, Linux adlanan kerneldən istifadə edir – əslində texniki baxımdan “Linux” sözü kernelə aiddir. "Əməliyyat Sistemini başqa nə müəyyən edir?" hissəsində izah olunduğu kimi, Linux ilə əlaqəli xüsusiyyətlər başqa platformalardan non-kernel proqramlar tərəfindən təmin olunur.
Linus Torvalds adlı tələbə 1991-ci ildə Linux kerneli yaratmışdır. Linux o zamandan bəri xeyli inkişaf etmişdir. Bugün Linux çox sayda CPU və başqa hardware-lərdə işləyir. Linuxu öyrənməyin ən asan yolu onu komputerdə istifadə etməkdir. Linux kerneli kiçik mobil telefonlardan güclü superkomputerlərə qədər hər şeydə işləyir.
Əməliyyat sistemini başqa nə müəyyən edir?
Kernel hər hansı bir əməliyyat sisteminin mərkəzindədir, lakin əksər istifadəçilərin birbaşa idarə etmədikləri bir komponentdir. Bunun əvəzinə əksər istifadəçilər müəyyən əməliyyat sisteminə aid bir sıra proqram təminatı komponentlərindən istifadə edirlər. Bu cür proqramlara aşağıdakılar aiddir:
Command-Line Shells. İllər əvvəl istifadəçilər yalnız proqrama(shell) əmrlər yazmaqla komputerlə əlaqədə ola bilirdilər. Əmrlər faylların adlarını dəyişir, proqramları işə salır və başqa şeylər edirlər. Baxmayaraq ki, bugün bir çox komputer istifadəçiləri shell-dən istifadə etmir, amma o hələ də orta və yüksək səviyyəli Linux istifadəçiləri üçün vacibdir. Biz bu haqda Bölmə 5-də (“Command Line-ı tanımaq”) danışacağıq və sonrakı bölmələrdə shell-dən istifadə edəcəyik. Müxtəlif məşhur əməliyyat sistemlərinə görə fərqlənən bir çox fərqli shell-lər mövcuddur. Linuxda Bash(Bourne Again Shell) kimi tanınan shell məşhurdur.
Qrafik İstifadəçi İnterfeysi. Qrafik istifadəçi interfeysi (GUI) yeni başlayan istifadəçi baxımından shell-də bir inkişafdır. GUI-lər yazılan əmrlərdən çox, nişanlara, menyulara və siçan göstəricisinə əsaslanırlar. Windows və macOS-un öz spesifik GUI-si var. Linux, X Windows System və ya qısaca X kimi tanınan bir GUI-yə əsaslanır. X çox təməl bir GUI olduğundan, Linux GNU Object Modul Enviroment (GNOME) və ya K Desktop Enviroment (KDE) kimi desktop enviroment proqramlarından da istifadə edir. Linuxu ilk istifadə etdikdə Linux desktop enviroment ilə Windows və ya macOS-da olan GUI arasındakı fərqlər sizi təəccübəndirəcək.
Utilit Programları. Müasir əməliyyat sistemlərində müxtəlif sadə köməkçi proqramlar – kalkulyatorlar, təqvimlər, mətn redaktorları və s. var. Bu proqramlar müxtəlif əməliyyat sistemlərində fərqlənirlər. Hətta ad və iş prinsipləri də müxtəlif əməliyyat sistemlərində fərqlənə bilir. Siz adətən istədiyiniz proqramı desktop menyulardan tapa bilərsiniz.
Kitabxanalar. Siz proqramçı deyilsinizsə, kitabxanalarla birbaşa işləməyəcəksiniz. Buna baxmayaraq önəmli rol oynadıqları üçün biz kitabxanaları bu siyahıya daxil edirik. Kitabxanalar müxtəlif proqramlar tərəfindən istifadə olunan proqramlaşdırma funksiyaları toplusudur. Məsələn, Linuxda əksər proqramlar libc adlanan kitabxanaya əsaslanır. Digər kitabxanalar GUI ilə əlaqəli və ya proqramların komanda sətrinə ötürülən seçimlərin təhlilinə kömək edən xüsusiyyətlərlə təmin edir. Linuxda proqram təminatı mənzərəsini zənginləşdirən bir çox kitabxanalar mövcuddur.
Produktiv Proqramlar. Komputerdə əsas produktiv proqramlar – veb brauzerlər, söz prosessorları, qrafik redaktorları və s. istifadə olunur. Belə proqramlar çox vaxt texniki cəhətdən əməliyyat sistemindən ayrı olsalar da, bəzən əməliyyat sistemi ilə əlaqələndirilirlər. Hətta bir proqram bir çox əməliyyat sistemi üçün əlçatan olduqda, əməliyyat sistemlərində GUI-lər və digər xüsusiyyətlər fərqlənə bilər.
Qeyd: Əməliyyat sistemlərində işləyən proqramlarla yanaşı, istifadəçi hesab detalları, disk fayllarının adlandırılması və komputerin necə işə salındığına dair texniki detallar kimi bəzi xüsusiyyətlər də əməliyyat sistemlərində fərqlənə bilər. Bu xüsusiyyətlərin hamısı əməliyyat sisteminin bir hissəsi olan proqram təminatı – bəzən kernel bəzən də non-kernel proqram təminatı tərəfindən idarə olunur.
İstifadəçi İnterfeysinin Araşdırılması
Bundan əvvəl biz text modu və qrafik istifadəçi interfeysi arasındakı fərqləri qeyd etdik. Baxmayaraq ki, əksər istifadəçilər istifadəsi daha asan olduğuna görə GUI-ni istifadə edirlər, Linux güclü text modu ənənəsini saxlayır. Bölmə 5-də Linuxun text modu alətləri haqqında daha detallı bəhs olunur və Bölmə 4 (“Ümumi Linux Proqramlarından İstifadə”) Linux GUI əməliyyatlarının əsas prinsipləri haqqındadır. Zaman-zaman istifadəçi interfeysində problemlər yarandığından, həm mətn modu həm də GUI-nin əsas prinsiplərini bilməyiniz vacibdir.
Text modu İstifadəçi İnterfeysindən İstifadə
Əvvəllər və hətta bəzən bugün də Linux komputerlər text modunda açılır. Sistem tamamilə açıldıqdan sonra ekranda sadə bir text modu giriş təklifi görünür:
Fedora 30 (Workstation Edition)
Kernel 5.0.9-301.fc30.x86_64 on an x86_64 (tty1)
essentials login:
Qeyd: Text modunə daxil olmağa çalışın, siz ilk olaraq Linuxu komputerə yükləməlisiniz. Nə “Linux Essentials” imtahanı, nə də bu kitab Linux qurulumu haqda deyil. Buna görə də siz istədiyiniz Linux distribution quraşdırılmasını həmin Linux distribution sənədlərindən öyrənə bilərsiniz.
Belə bir giriş istəyinin detalları bir sistemdən digərinə dəyişir. Bu nümunəyə bir neçə məlumat daxildir:
Əməliyyat sisteminin adı və versiyası: Fedora Linux version 30
Komputerin adı: essentials
Giriş üçün istifadə olunan hardware cihazın adı: ttyl
Giriş istəyi: login:
Qeyd: Əgər siz GUI giriş istəyini görürsünüzsə, siz Ctrl+Alt+F2 və ya Ctrl+Alt+F3 -ə basmaqla text modunə keçə bilərsiniz. GUI giriş istəyinə qayıtmaq üçün Ctrl+Alt+F1 və ya Ctrl+Alt+F7 -ni basmalısınız.
Sistemə belə daxil olmaq üçün, istifadəçi adını login: hissəsində yazmalısınız. Sistem sizdən şifrə istəyəcək və siz onu da yazmalısınız. Əgər siz düzgün istifadəçi adını və şifrəni qeyd etsəniz, komputer sizə buna bənzər bir mesaj göstərə bilər:
[rich@essentials:~]$
Bu kitabda ... Dollar işarəsi($) adi istifadəçinin əmrləri üçündür. Bəzi əmrlər root tərəfindən verilməlidir. Bu Linux admin istifadəçisinin hesabıdır. Bu cür əmrlər üçün dollar($) işarəsini diyez(#) işarəsinə çeviririk, Linux root istifadəçilərdə bəzi dəyişikliklər edir.
Tövsiyə: Bölmə 13, “İstifadəçi və qrupların yaradılması”, Linux hesabları haqqındadır, root istifadəçisi haqqında daha çox məlumat var.
Shell istəklərinin detalları müxtəlif yükləmələrdə fərqlilik göstərir, amma shell-də text modu əmrləri yaza bilərsiniz. Məsələn, siz ls (short for list) yazdıqda aktiv qovluqda olan faylları list şəklində görəcəksiniz. Əksər əsas əmrlər əmrin yazılma miqdarını minumuma endirmək üçün adlardan sait, bəzən samit hərflərin çıxarılması ilə qısaldılmışdır. Təəssüf ki, bu bir çox əmri anlaşılmaz edir.
Bəzi əmrlər heç bir məlumat göstərmir, amma çoxunda output olur. Məsələn, ls əmri faylları siyahı şəklinə təqdim edir:
$ ls
chapter1.doc figure01.png
Bu nümunə bizə aktiv folderdə olan iki faylı göstərdi: chapter1.doc and figure01.png. Bu faylları idarə etmək üçün başqa əmrlərdən istifadə etmək olar: kopyalamaq üçün cp (copy) və ya silmək üçün rm (remove). Bölmə 5 “Command Line ilə tanışlıq” və Bölmə 7 “Faylların idarə olunması” bəzi ümumi fayl idarəetmə əmrlərini izah edir.
Bəzi text modu proqramları davamlı yeniləmələri təmin etmək və məlumatlarla rahat şəkildə əlaqədə olmağınız üçün ekranda görünürlər. Şəkil 1.1, Bölmə 10, “Faylların Redaktə olunması”. nano işləyəndə siz komputerdə ox düymələrinə basaraq ekranda kursoru hərəkət etdirə, yazı yaza və başqa əməliyyatları bilərsiniz.
Şəkil 1.1 Bəzi text modu proqramlar ekranda görünür
Siz hətta qrafik girişdən istifadə etsəniz, terminal kimi tanınan pəncərə içərisində text modu shell-i istifadə edə bilərsiniz. Ümumi Linux GUI-lər ilə, siz shell və text modu proqramlarından istifadə etməyə imkan verən vasitələrlə təmin olunmuş terminalı işə sala bilərsiniz.
GUI-nin İstifadə Edilməsi
Əksər istifadəçilərə GUI istifadə etmək text modu əmrlərindən daha rahatdır. Beləliklə, bir çox müasir Linux sistemləri defolt olaraq GUI ilə açılır Şəkil 1.2. Siz istifadəçi adını siyahıdan seçə və ya yaza bilərsiniz sonra isə parolu yazaraq daxil ola bilərsiniz.
Qeyd: Bəzi Linux GUI giriş ekranları düzgün istifadəçi adını yazana qədər sizdən şifrə istəmir.
Şəkil 1.2 Linuxda Qrafik giriş ekranı Windows və macOS-da olanlara bənzəyir.
Windows və macOS-dan fərqli olaraq, Linux sizə seçə biləcəyiniz bir neçə desktop mühiti təklif edir. Hansından istifadə etməyiniz Linuxun növlərindən, qurulma zamanı etdiyiniz seçimlərdən və şəxsi istəklərinizdən asılıdır. Ümumi seçimlərə GNOME, KDE Plasma, Cinnamon və Xfce daxildir. Bir çox digər seçimlər də müvcuddur. Bir çox qrafik ekranda köməkçi xüsusiyyətlər var. Şəkil 1.2 də Fedora giriş pəncərəsinin sağ üst küncündəki insan nişanı girişə kömək etmək üçün ekran oxuyucusu və ya ekranda klaviatura kimi köməkçi texnoloji xüsusiyyəti seçməyə kömək edir.
Linux desktop mühiti digərlərindən tamamilə fərqli görünə bilər, amma hamısı oxşar funksionallıqdadır. Şəkil 1.3 də bir neçə proqramın işlədiyi Mint 18.3 qurulumda defolt Cinnamon ekranı göstərilir. Bölmə 4 də desktop mühit və onun xüsusiyyətləri haqqında daha ətraflı danışılacaq, amma hələlik siz onların hansı özəlliklərə malik olduğunu bilməlisiniz:
Proqramı İşə Salanlar. Siz proqramları menyu və ya siyahılardan seçərək işə sala bilərsiniz. Adətən menyular ekranın yuxarı, aşağı və ya yan tərəflərində yerləşir. Şəkil 1.3 də siz menyunun görünməsi üçün ekranın sol aşağı küncündə olan yarpaq işarəsinə klikləyə bilərsiniz.
Fayl Menecerləri. Linux GUI-də Windows və macOS-da olduğu kimi fayl menecerləri var. Şəkil 1.3 də bunlardan biri açıqdır.
Pəncərə Kontrolları. Siz ekrandakı pəncərələrin başlıq hissələrinə kilkəyib sürükləyərək pəncərələri hərəkət etdirə, kənarlarına klikləyərək ölçüsünü dəyişə və.s bilərsiniz.
Çoxsaylı Ekranlar. Əksər Linux masaüstü mühiti birdən çox virtual ekranı hərəsində öz proqramları olmaqla işlətməyinizə imkan verir. Bu xüsusiyyət eyni vaxtda bir neçə proqramla işləyərkən ekranın qarışıq görünməsinin qarşısını alır. Adətən menyudakı işarələrlə siz ekranlar arasında keçid edə bilərsiniz.
Çıxış. Kompüteri söndürməyinizə və ya başqa bir istifadəçinin daxil olmasına imkan vermək üçün Linux hesabınızdan çıxış edə bilərsiniz.
Şəkil 1.3 Linux desktop mühitində çox istidəçinin gözlədiyi GUI kontrol növləri var.
Xəbərdarlıq: Çıxış ictimai komputerlərdə çox vacibdir. Əgər çıxış etməyi unutsanız, başqa biri hesabınızdan zərərli məqsədlərlə istifadə edə bilər.
Siz Linuxu öyrəndikcə GUI mühitinin əlverşli olduğunu görəcəksiniz. Əgər burda xoşunuza gəlməyən bir şey olsa, onu dəyişə bilərsiniz. Hamısı oxşar xüsusiyyətlərə malik olsalar da, bəzi istifadəçilərin desktop mühiti seçimlərinin üstünlükləri var. Linux sizə Windows və macOS-da olmayan desktop mühiti seçimləri verir, buna görə də bir neçə desktop mühitini sınamaq azadlığınız vardır.
Qeyd: Siz əlavə desktop mühitləri yükləyib onlardan istifadə edə bilərsiniz. Kitabda bu haqda bəhs olunmur.
Linuxun Əməliyyat Sistemləri Dünyasında Yeri
Bu bölmənin başlığında Linux və digər əməliyyat sistemlərinin müqayisəsi nəzərdə tutulur. Beləliklə, biz Linuxu digər 3 əməliyyat sistemi ilə müqayisə edəcəyik: Unix, Apple macOS və Microsoft Windows.
Qeyd: Daha sonra "Distribution nədir?" mövzusunda izah olunduğu kimi Linuxu bir əməliyyat sistemləri ailəsi hesab edilə bilər. Bu səbəblə müxtəlif Linux versiyalarını müqayisə edə bilərsiniz.
Linux və Unixin müqayisəsi
Əgər siz əməliyyat sistemlərinin “nəsil ağacını” çəkməyə çalışsaydınız, çox fikirləşəcəkdiniz. Çünki əməliyyat sistemi dizaynerləri tez-tez digər əməliyyat sistemlərinin xüsusiyyətlərini təqlid edirlər, hətta bir-birilərinin kodlarını öz əməliyyat sistemlərində istifadə edirlər. Nəticədə əməliyyat sistemləri arasında “əmanət kodlardan” qaynaqlanan oxşarlıqlar olacaq.Bu təsirlərin xəritəsini çıxarmaq çətin ola bilər. Linux və Unixə gəldikdə isə Linux Unix-dən sonra modelləşdirilmişdir. Unix 1969-cu ildə “AT&T”nin Bell Laboratoriyalarında yaradılmışdır. Unixin tarixi mürəkkəbdir. Unix bir çox kodun iki və ya daha çox müstəqil layihəyə bölünməsini və hətta tamamilə ayrı kodların yenidən yazılmasını əhatə edir. Müasir Linux sistemləri Unix proqramlarını kopyalayan open source layihələrin və ya Unix-in orijinal open source layihələrinin nəticəsidir.
Qeyd: Open source sofware yalnız işlədə biləcəyiniz deyil, eləcə də dəyişdirə və yenidən buraxa biləcəyiniz proqramlardır. Bölmə 3 (“Linux-un prinsiplərini və fəlsəfəsini araşdırmaq”) open source proqramla əlaqəli fəlsəfi və hüquqi məsələləri əhatə edir.
Bu layihələrə daxildir:
Linux Kerneli. Linus Torvalds Linux kernelini hobbi kimi yaratmışdı, lakin layihə tezliklə böyüdü. Linux kerneli digər Unix kernellərinə uyğun dizayn edilmişdir. Buna görə də Unix üçün olan open source proqramlar Linux-da da işləyirdi.
GNU proyekti. GNU-nun Not Unix (GNU) layihəsi Free Software Foundation(FSF) tərəfindən Unix əməliyyat sisteminin əsas elementlərinin open source kodlarla əvəzedilməsi nəticəsində alınmışdır. 1991-ci ildə FSF kernel istisna olmaqla, bir çox vacib vasitələri yayınlamışdı. Əslində GNU HURD kerneli mövcuddur, amma Linux kerneli qədər məşhur deyil. Unix əməliyyat sistemində istifadə edilən vasitələr onun ümumi təbiətinə təsir edə bilər, amma bu vasitələrin hamısı Unix olmayan əməliyyat sistemi ilə müqayisədə hər hansı Unix məhsuluna bənzər bir hiss verir.
Qeyd: GNU rekursiv qısaltmadır, qısaltmanın açılışında özü var.
Xorg-X11. X Windows sistemi əksər Unix əməliyyat sistemləri üçün GUI mühitidir. Hazırda əksər Linux distributionları X-ın Xorg-X11 variantlarından istifadə edir. GNU layihəsi tərəfindən təmin olunan əsas text modu alətlərində olduğu kimi, X serverinin seçimi Unix əməliyyat sisteminin font kimi bəzi xüsusiyyətlərinə təsir edə bilər. Wayland Linuxda istifadə edilən və populyarlıq qazanan yeni bir X Winsows sistemi proqram təminatı paketidir.
Detskop Environments. GNOME, KDE Plasma, Cinnamon, Xfce və digər məşhur open source desktop mühitləri hətta Unix-in kommersiya versiyalarında belə kommersiya desktop mühitlərinin yerini böyük ölçüdə tutmuşdur.Beləliklə, siz Linux və Unix arasında böyük fərqliliklər tapa bilməyəcəksiniz.
Qeyd: Qısa şəkildə macOS texniki olaraq kommersiya Unixidir, amma X Winsows sistemində işləyən open source desktop mühiti əvəzinə xüsusi Apply GUI-dən istifadə edir.
Server Proqramları. Tarixən, Unix və Linux server əməliyyat sistemləri kimi məşhur olmuşlar – təşkilatlar onlardan veb, database, email serverlərini işə salmaq üçün istifadə edirdilər. Linux kommersiya Unix versiyalarının və open source BSD-lərinin etdiyi kimi eyni məşhur serverləri işlədə bilirdi.
İstifadəçi Produktiv Proqramları. Server proqramlarında olduğu kimi Linux digər Unix əməliyyat sistemlərinin işlətdiyi proqram təminatlarını işlədir. Bəzi hallarda isə Linux daha çox proqram işlədir və ya proqramları daha yaxşı işlədir. Bu Linuxun populyarlığından və təqdim etdiyi çoxsaylı hardware driver(sürücü)-lərindən irəli gəlir. Əgər proqramın yüksək səviyyədə video kart dəstəyinə ehtiyacı varsa, bunu Unix əməliyyat sistemində yox, Linuxda tapmaq ehtimalınız daha böyükdür.
Ümumən, Linux Unix əməliyyat sistemləri ailəsinin üzvü hesab oluna bilər. Linux texniki olaraq Unix əməliyyat sistemi olmasa da, onlar arasındakı fərqlər Windows və başqa əməliyyatlar sistemləri ilə olan fərqlərlə müqayisədə əhəmiyyətsiz dərəcədə kiçikdir. Məşhurluğuna görə Linux, ən azı PC hardware üçün daha yaxşı hardware dəstəyi təklif edir. Bəzi Unix versiyaları Linuxda çatışmayan spesifik xüsusiyyətlər təklif edir. Məsələn, Oracle-ın Solaris Unix virtual maşınları Linuxda mövcud olan vasitələrdən daha yaxşı işləyən built-in zonalardan istifadə edir.
Qeyd: Baxmayaraq ki, komputerlər yalnız bir və sıfırları anlayır, insanlar proqramları source code(mənbə kodu) kimi bilinən text formasında yazmağa üstünlük verirlər. Mənbə kodu, təcrübəsiz biri üçün müəmmalı görünsə də, bir kompüterin onu işə salması üçün lazım olan bir proqram formasıyla (binary kod) müqayisədə daha aydındır. Compiler kimi tanınan proqram mənbə kodunu binary koda çevirir. (Alternativ olaraq, bəzi proqramlaşdırma dilləri interpreter-ə əsaslanır, hansı ki, mənbə kodunu tərtib etmək ehtiyacını aradan götürərək, dərhal mənbə kodunu binary koda çevirir.)
Open source termini ictimaiyyətdən gizlədilən mənbə kodun mövcudluğunu ifadə edir. Mənbə koduna girişi olan proqramçı səhvləri düzəldə, xüsusiyyətlər əlavə edə və proqramın işləmə şəklini dəyişə bilər.
Linux və macOS-un müqayisəsi.
Apple macOS, BSD-lərdən çox istifadə olunan(borc) və öz istifadəçi interfeysinə görə adi Unix GUI (X)-dən imtina edən commerical Unix əsaslı əməliyyat sistemidir. Bu macOS-u həm Linuxla oxşar, həm də tamamilə fərqli edir.
Siz macOS Terminal pəncərəsini açıb eyni işi görmək üçün kitabda göstərilən bir çox kodu yaza bilərsiniz. Əgər bu kitabda göstərilən bir komanda yoxdursa, siz onu hər-hansı yolla qura bilərsiniz. macOS bəzi məşhur Unix server proqramları ilə təchiz olunur, buna görə onu Linux və ya Unix kimi şəbəkə server komputeri kimi işləyəcək şəkildə konfiqurasiya edə bilərsiniz.
macOS Linuxdan istifadəçi interfeysinə görə fərqlənir. macOS istifadəçi interfeysi proqramlaşdırma baxımından Cocoa, istifadəçi baxımından Aqua kimi bilinir. Buna təxminən X və Linux desktop mühiti ilə eyni olan elementlər daxildir. Çünki Cocoa proqramlaşdırma baxımından X ilə uyğunlaşmır, macOS üçün olan proqramlar birbaşa Linuxda(və ya digər Unix əməliyyat sistemlərində) işləmir və onları Linux üçün köçürmək (mənbə kodunu dəyişmək və yenidən tərtib etmək) qeyri-rəsmi işdir. Beləliklə, macOS üçün olan proqramlar nadir halda Linuxa keçid edə bilir. macOS-a, Aqua altında işləyən bir X tətbiqetməsi daxildir. Bu Linux və Unix proqram GUI-lərinin macOS-a köçürülməsini nisbətən sadə edir. Nəticədə ortaya çıxan proqramlar tamamilə Aqua istifadəçi interfeysinə uyğunlaşmır. Onların macOS görünüşü ilə müqayisədə yersiz görünən butonları, menyuları və başqa xüsusiyyətləri ola bilər.
Apple, macOS-u sadəcə öz komputerləri üçün əlçatan edir. Lisenziya şərtləri macOS-u Apple-ə aid olmayan cihazlara quraşdırmağı qadağan edir və hətta lisenziya məsələsi xaricində macOS-u Apple olmayan cihaza quraşdırmaq qeyri-rəsmi bir şeydir. macOS-un İOS kimi bilinən bir variantı Apple-nin iPad və iPhone-lərində işləyir və digər cihazlar üçün əlçatmazdır. Beləcə, macOS sadəcə Apple cihazları ilə məhdudlaşır. Linux isə bir çox hardware-lərdə işləyə bilir. Siz hətta Linuxu Macintosh komputerlərdə də qura bilərsiniz.
Linux və Windowsun Müqayisəsi
Əksər masaüstü və noutbuk komputerləri Microsoft Windows işlədir. Buna görə də, Linux işlətməyi düşünürsünüzsə, ən uğun müqayisə Windows ilədir. Geniş danışsaq, Linux və Windows-un oxşar özəllikləri var. Amma önəmli fərqlər də var. Bunlara aiddir:
Lisenziya. Linux open source əməliyyat sistemidir, Windows isə commerical əməliyyat sistemidir. Bölmə 2, “Software Lisenziyasını Anlamaq” open source haqqında geniş detalları əhatə edir, amma siz indi bilməlisiniz ki, open source software sizə komputeri proprietary(xüsusi) software-dən daha çox kontrol etmək imkanı verir. Praktikada sizə open source-dan faydalana bilmək üçün təcrübə lazım ola bilər. Əgər hansısa təşkilatda işləyirsinizsə, proprietary(xüsusi) software-dən istifadə etmək daha əlverişli ola bilər.(Bəzi Linux variantları xidmət müqavilələri ilə oxşar şəkildə satılır.)
Qiymət. Bir çox Linux növləri pulsuzdur və bu, xərcləri azaltmaq üçün əlverişlidir. Lakin Lunuxu qurmağa və qorumağa lazım olan təcrübə Windows-dan çoxdur və buna görə də daha bahalıdır. Linuxun Windows-a qarşı ümumi dəyəri ilə bağlı müxtəlif tədqiqatların əksəriyyəti Linuxa üstünlük verir.
Hardware Uyğunluğu. Əksər hardware komponentləri əsasən driverlərin formalaşmasında əməliyyat sistemi dəstəyi tələb edir. Əksər hardware istehsalçıları cihazlarını Windows driverləri ilə təchiz edirlər ya da Windowsda uyğun driverin olması üçün Microsoftla işləyirlər. Bəzi istehsalçılar Linux driver-lərini təchiz etsələr də, Linux icması bütövlükdə lazımi driverləri təmin etməlidir. Bu o deməkdir ki, Linux driverlərinin görünməsi cihazlar istifadəyə verildikdən sonra bir neçə həftə və ya hətta aylar çəkə bilər. Eyni zamanda, Linux developerləri, istehsalçıların öz köhnə cihazlarını dəstəkləməyə davam etmələrindən daha uzun müddət köhnə cihazları qorumağa səy göstərirlər. Müasir Linux köhnə bir cihazda Windowsun son versiyalarından daha yaxşı işləyə bilər. Linux həmçinin daha az resurs sıxlığına malikdir, beləcə siz Linuxu köhnə cihazda işlədərkən effektiv ola bilərsiniz.
Software mövcudluğu. Microsoft Office kimi bəzi populyar masaüstü proqramları Windowsda mövcuddur, amma Linuxda yox. Linuxda LibreOffice kimi alternativlər olsa da, bu insanlar tərəfindən yaddaqalan olmadı. Digər sahələrdə vəziyyət əksinədir. Apache web server kimi məşhur server proqramları ilk Linux və ya Unix üçün hazırlanmışdır. Bir çox serverlər Windows üçün əlçatan olsa da, onlar Linuxda daha effektiv işləyirlər. Əgər sizin işlətməli olduğunuz spesifik proqram varsa, istədiyiniz bütün platformalarda mövcudluğu və praktikliyi haqqında araşdırma edə bilərsiniz.
İstifadəçi İnterfeysi. macOS-da olduğu kimi Windows da öz istifadəçi interfeysindən istifadə edir. .... Bəzi istifadəçilər Windows-un istifadəçi interfeysini Lunuxdakından üstün tuturlar, amma bəziləri də əksinə.
Qeyd: Microsoft Windows 8-də Metro adlanan yeni istifadəçi interfeysi təqdim etdi. Metro fikrinin arxasında hər şeyin həm komputerdə, həm də ağıllı telefonlarda eyni işləməsi durur. Lakin Metro istifadəçi interfeysi tez bir zamanda qeyri-populyar oldu, çünki bu təcrübəli Windows istifadəçiləri üçün hərəkəti çətinləşdirdi, ona görə də Metro Windows 10-dan başlayaraq defolt olaraq gəlmir, amma kim istəsə hələ də mövcuddur.
Konfiqurasiya. Linux Windows-dan daha çox konfiqurasiya oluna biləndir. Hər iki əməliyyat sistemində də müəyyən başlanğıc(startup) proqramlarını işlədə, istifadəçi interfeysi temalarını dəyişmək və s. mümkün olsa da Lunux open source ilə istədiyiniz detalı dəyişdirə bilərsiniz. Bundan əlavə, sistemi quraşdırmağa başlamaq üçün istədiyiniz hər hansı bir Linux növünü seçə bilərsiniz.
Təhlükəsizlik. Hər əməliyyat sisteminin hüquqşünasları özlərinin digərlərindən daha etibarlı olduğunu deyir. Onlar bunu deyə bilərlər, çünki hər biri fərqli təhlükəsizlik probleminə fokuslanıb. Bir çox təhlükə Windowsa hədəfi Windows və istifadəçi bazası olan viruslardan gəlir. Viruslar Linux üçün problem sayılmır. Linuxda təhlükəsizlik təhdidləri əsasən səhv konfiqurasiya edilmiş serverlərdən və ya etibarsız yerli istifadəçilərdən ibarət icazəsiz girişlərdən gəlir.
On ildən çoxdur ki, Windows masaüstü arenada üstünlük təşkil edir. Həm evlərdə, həm də ofislərdə istifadəçilər Windowsla tanış oldular və Microsoft Office kimi məşhur Windows proqramlarına öyrəşdilər. Linux bu cür yerlərdə istifadə edilə bilsə də, tanınmadığı üçün bu çox az insanın seçimi olur. Windowsun komputerlərdə əvvəlcədən quraşdırılmış olması və sadəcə Linux üçün olan proqramların çatışmazlığı daha az tanınmasının səbəbidir.
Ümumiyyətlə Unix, xüsusilə də Linux server bazarında üstünlük təşkil edir. Linux interneti təşkil edən və bir çox müəssisənin yerli şəbəkə xidmətlərini təmin etmək üçün lazım olan veb, databse, email serverlərini gücləndirir. İnsanlar əksəriyyəti fərqinə varmasalar da, Linuxu gündəlik istifadə edirlər.
Çox hallarda, komputerdə Linux və ya Windows işlətməklə məqbul iş görmək mümkündür. Bəzən müəyyən ehtiyaclar əməliyyat sistemindən istifadəni şərtləndirir. Məsələn, müəyyən bir ekzotik proqramı işə salmaq lazım ola bilər ya da sizin cihazınız müasir Windows üçün çox köhnə və ya Linux üçün çox yeni ola bilər. Digər hallarda ...
Distribution Nədir?
İndiyə kimi Linuxu tək bir əməliyyat sistemi kimi təsvir etdik, amma bu belə deyil. Bir çox Linux distribution-ları mövcuddur. Nəticə olaraq bir əməliyyat sistemidir və iki Linux növü bir-birindən macOS və Windowsdan fəqli olduğu qədər fərlənə bilər. Buna görə də distributionun nə olduğunu, hansı distributionların məşhur olduğunu və distribution paylayanların təkliflərini günümüzə uyğunlaşdırma yollarını daha ətraflı şəkildə izah edirik.
Tamamilə Linux Əsaslı Əməliyyat Sisteminin Yaradılması
Biz Linux əməliyyat sistemini nəyin təşkil etdiyindən danışmışdıq, amma bəzi detalları təkrarlamaq ya da daha ətraflı təsvir etmək lazımdır:
Linux Kerneli. Linux hər-hansı bir Linux əməliyyat sisteminin əsasıdır. Biz bu elementi α Linux kerneli kimi yazdıq, çünki Linux kerneli daima inkişaf edir. İki distributionun fərqli kernellərdən istifadə etməsi mümkündür. Distribution maintainer-ləri tez-tez kernelə “yamaq” vururlar – yəni kerneldəki problemləri həll etmək üçün və ya yeni xüsusiyyətlər əlavə etmək üçün kiçik dəyişikliklər edirlər.
Əsas Unix Alətləri. GNU alət dəsti kimi alətlər, X Windows sistemi və diskləri idarə etmək üçün istifadə olunan utilitlər Linux sisteminin normal işləməsi üçün vacibdir. Linux distributionlarının əksəriyyətinə təxmini eyni alət dəsti daxildir, amma kernelə gəldikdə, onlar dəyişiklik göstərirlər.
Əlavə Software. Əsas server proqramları, desktop enviroment və productivity alətləri kimi əlavə proqram təminatları əksər Linux distributionlarında var. Əsas Unix software-si kimi, əksər Linux distributionları oxşar imkanlara sahibdir. Distributionlarda bəzən özlərinə məxsus “markalaşmış” özəlliklər olur.
Startup Skriptləri. Linux distributionlarının “şəxsiyyəti”nin çox hissəsi startup proseslərinin idarə olunması ilə bağlıdır. Linux komputeri şəbəkəyə bağlayan, giriş ekranını göstərən və s. onlarca proqramı işə salmaq üçün skriptlərdən və utilitlərdən istifadə edir. Bu skript və utilitlər distributionlar arasında dəyişiklik göstərir – yəni fərqli xüsusiyyətlərə malikdirlər və müxtəlif yollarla konfiqurasiya olunurlar.
Installer. Software istifadə edilə bilmək üçün yüklənməlidir və əksər Linux distributionlarında vacib işləri idarə etmək üçün unikal bir software qurulumu mövcuddur. İki distribution fərqli yollarla qurula bilər, sizə disk yerləşdirilmələri və ilk istifadəçi hesabı yaratma kimi təməl xüsusiyyətlər üçün seçimlər təqdim edir.
Adətən, Linux distributionları yükləmə üçün öz vebsaytlarında olur. Siz CD-R və ya DVD image şəklində faylları yükləyə bilərsiniz. Nəticədə çıxan diski açdıqda installer işləyir və siz əməliyyat sistemini yükləyə bilirsiniz. Əgər komputerinizdə optik driver yoxdursa, eyni şəkildə siz bootable USB flash drive də yarada bilərsiniz. Bir çox Linux distributionlarının cloud versiyaları var hansı ki, onlar tam Linux sistemini virtual maşında və ya Amazon Web Services (AWS), Google Cloud Platform kimi cloudlarda işlətmək üçün yükləməyə imkan verir.
Tövsiyə: Əgər siz Linux-la maraqlanırsınızsa və bunun üçün əlavə noutbukunuz yoxdursa, VMWare və ya VirtualBox kimi virtual maşın software paketlərini yükləyə bilərsiniz. Beləcə siz macOS və ya Windows daxilində sistem dəyişikliyi etmədən Linux əməliyyat sistemini işlədə bilərsiniz.
Bəzi Linux installer-ləri yükləyəcəyiniz ehtimal olunan software ilə hazır gəlir. Bəziləri minimum software ilə təchiz olunurlar və əlavə proqramları yüləmək üçün internet bağlantısı gözlənilir. Əgər sizin komputeriniz internetə qoşulmursa, düzgün installer-dən istifadə etdiyinizdən əmin olun.
Ümumi Linux Distribitionlarının qısa məzmunu
Necə saydığınızdan asılı olaraq, masaüstü, noutbuk və kiçik server komputerləri üçün bir çox Linux Distributionları və xüsusi məqsələr üçün yüzlərlə daha çox şey var. Cədvəl 1.1 ən vacib distributionların xüsusiyyətlərini göstərir.
Cədvəl 1.1 Əsas Linux distributionlarının xüsusiyyətləri.
Distribution
Əlçatanlıq
Paket formatı
Release Cycle (buraxılış dövrü)
Administrator bacarıq tələbləri
Arch
Pulsuz
pacman
rolling
Üstün
CentOS
Pulsuz
RPM
təxminən 2 il
Orta səviyyə (intermediate)
Debian
Pulsuz
Debian
2 il
Ortadan(intermediate) üstün səviyyəyə kimi
Fedora
Pulsuz
RPM
təxminən 6 ay
Orta səviyyə (intermediate)
Gentoo
Pulsuz
Ebuild
rolling
Üstün
Mint
Pulsuz
Debian
6 ay
Təcrübəsizdən orta səviyyəyə(intermediate) kimi
openSUSE
Pulsuz
RPM
8 ay
Orta səviyyə (intermediate)
Red Hat Enterprise
Commerical
RPM
təxminən 2 il
Orta səviyyə (intermediate)
Slackware
Pulsuz
tarballs
dəyişkən
Üstün
SUSE Enterprise
Commerical
RPM
2-3 il
Orta səviyyə (intermediate)
Ubuntu
Pulsuz
Debian
6 ay
Təcrübəsizdən orta səviyyəyə (intermediate) kimi
Bu xüsusiyyətlər açıqlama tələb edir:
Əlçatanlıq. Əksər Linux distributionları tamamilə open source və ya pulsuzdur. Amma bəziləri özəl komponentləri əhatə edir və dəstək müqaviləsi ilə ödənişlə satılır. Bu tip distributionlara Red Hat Enterprise Linux (RHEL) və SUSE Enterprise Linux iki ən məşhur nümünələrdir. Hər ikisinin də tamamilə pulsuz oxşarları var. RHEL üçün CentOS xüsusi komponentləri çıxarılan bir kopyadır, Fedora isə RHEL-ə daxil ola biləcək texnologiyalar üçün sınaq meydançası rolunu oynayan açıq versiyadır. SUSE Enterprise üçün openSUSE pulsuz bir alternativdir.
Paket Formatı. Linux distributionlarının əksəriyyəti software-ni bir çox faylın toplusu olan paketlərdə bölüşdürür. Paket software, yüklənən faylların verilənlər bazasını saxlayır, güncəlləmələri və silməni asanlaşdırır. RPM Paket Menecer (RPM) sistemi Linux dünyasında ən məşhur sistemdir, amma Debian paketi də çox bilinəndir. Arch Linux-da istifadə olunan pacman paket sistemi kimi digər paket sistemləri yalnız spesifik distributionlarda yaxşı işləyir. Slackware qəribə şəkildə tarballs-dan istifadə edir. Komputeri back up etmək və mənbə kodları paylamaq və başqa şeylər etmək üçün istifadə olunan bu paket faylları tar standart utiliti tərəfindən yaradılır. Slackware-nin istifadə etdiyi tarballs paket idarəetməsinə kömək üçün spesifik Slackware məlumatlarını saxlayır. Gentoo-nun paket sistemi qəribədir ki, mənbə kodlardan olan software-ə əsaslanmışdır. Bu çox vaxt aparır, amma təcrübəli administratorların öz hardware və software-ləri üçün paketləri optimallaşdırmağa imkan verir.
Tövsiyə: Tarballs Windowsdakı zip faylları ilə oxşardır. Bölmə 8-də, “Verilənlərin axtarışı, çıxarılması və arxivləşdirilməsi” tarballs-ın yaradılması və istifadəsindən bəhs edilir.
Release Cycle. Biz release cycle haqqında “Release Cycle-ı Anlamaq” hissəsində əlavə məlumat veririk. Ümumi qayda olaraq, qısa dövr buraxılışları olan distributionlar mümkün qədər ən son software olmasını hədəfləyir. Lakin uzun buraxılış dövrü olanlar mühitləri sabit saxlamağa çalışırlar. Bəziləri bunun hər ikisinə sahib olmağa çalışır. Məsələn, Ubuntu cüt saylı illərin aprelində long-term support (LTS) (uzun müddətli dəstək) versiyasını buraxır. Digər buraxılışlarda isə ən son software-nin olması hədəflənir.
Administrator bacarıq tələbləri. Cədvəl 1.1-in son sütununda distributionları idarə etmək üçün lazım olan bacarıqlar haqqında bizim qiymətləndimələrimiz var. Gördüyünüz kimi, əksər Linux distributionlarının idarə olunması üçün təyin olunan səviyyə orta səviyyədir. Ancaq bəzilərində GUI alətləri azlıq təşkil etdiyindən, daha çox bacarıq tələb edir. Ubuntu isifadəni və idarə olunmanı asanlaşdırmanı hədəfləyir.
Qeyd: Distributionlarda “intermediate” səviyyəsindən qorxmayın. Bu kitabın məqsədi sizə belə distributionların əsas xüsusiyyətlərini idarə etməyə kömək etməkdir.
Əksər Linux distributionları ən az iki platform üçün əlçatandır – bu CPU növləridir: x86 (IA32, i386 və s. kimi bilinir) və x86-64 (AMD64, EM64T və x64 kimi bilinir). 2007-ci ilə kimi x86 komputerlər daha çox istifadə edilirdi, lakin indi x86-64 standart olub. Əgər sizin x86-64 komputeriniz varsa, siz həm x86, həm də x86-64(daha sürətli) distributionlarını işlədə bilərsiniz. ARM(planşetlər üçün), PowerPC, Alpha və SPARC kimi daha ekzotik platformalar mövcuddur. Belə platformalar əsasən serverlərlə və özəlləşdirilmiş cihazlarla ilə məhdudlaşır.
Hansı distributionu işlədək?
Bir çox Linux distributionlarının mövcud olması ilə, təcrübəsiz istifadəçilərin ən çox verdiyi sual hansı distributiondan istifadə etməkdir. Red Hat və Oracle kimi bəzi Linux distributionları, kommersiya Linux qurulumlarına fokuslanaraq ödənişli müştəri dəstəyi təmin edir. Bu distributionlar bahalı ola bilər və təcrübəsiz istifadəçilər üçün yükləmək və istifadə etmək çətin ola bilər.
Linux distributionlarının ikinci növü təcrübəli Linux istifadəçilər üçün nəzərdə tutulanlardır. CentOS, Slackware və Gentoo Linux distributionları bu kateqoriyaya aiddir. Sizdən hardware və sofrware-ni necə qurmağı və konfiqurasiya etməyi bilməyiniz gözlənilir. Təcrübəli Linux istifadəçiləri bu distributionlarla işləməyi xoşlayırlar, çünki sistemə qurduqlarını özlərinə uyğun hala gətirə bilərlər.
Linux distributionlarının üçüncü növü təcrübəsiz Linux istifadəçiləri üçün nəzərdə tutulanlardır. Fedora, Ubuntu, Mint Linux distributionları bu kateqoriyaya aiddir. Defolt yükləmə sizə lazım olan əksər hardware və software məsələlərini həll edir və onların hamısı asan istifadə olunan GUI-lərlə təchiz edilmişdir. İstifadəçi əlavə edə, disk sahəsini araşdıra, şəbəkə bağlantıları ilə işləyə bilərsiniz. Linuxun bu növü yeni başlayanlar üçün ən yaxşı seçimdir.
Release Cycle-ı Anlamaq
Cədvəl 1.1-də bir sıra ümumi Linux distributionlarında olan buraxılış dövrləri göstərilmişdir. Cəvəldəki vaxtlar buraxılışlar arasındakı zamanı göstərir. Məsələn, Ubuntunun yeni versiyası hər altı aydan bir gəlir. Digər distributionların bir çoxunda buraxılış tarixinin bir ay gecikməsi qəbul olunandır.
Buraxılışdan sonra distribution yeni versiya çıxandan bir müddət sonrayadək (bir neçə aydan bir il və ya daha çox) dəstəklənir. Bu zaman ərzində distirbutionu yayanlar təhlükəsizlik və başqa problemləri həll etmək üçün software-ni yeniləyirlər. Əvvəlki dəstəklənmə müddəti bitdikdən sonra distirbutionu istifadə etməyə davam edə bilərsiniz, proqram təminatının yenilənməsinə ehtiyacınız olsa, özünüz source koddan tərtib etməlisiniz ya da uyğun binary paketi tapmalısınız. Ümumiyyətlə, dəstəklənən versiyanın müddəti bitməmiş son versiyaya upgrade etmək daha yaxşıdır. Bu fakt, uzun müddətli release cycles distributionları müəssisələrə cəlb edir, çünki yükləmələr arasındakı uzun müddətli fərq fasilələri və yeniləmələrlə əlaqəli xərclərini minimuma endirir.
Cədvəl 1.1-də olan distirbutionlardan ikisinin (Arch və Gentoo) rolling release cycles-i var. Belə distributionların versiya nömrələri olmur, əvəzinə yeniləmələr davamlı şəkildə olur. Belə distributionların istifadəsi, bütün çətinlikləri ilə birlikdə tam şəkildə upgrade etməyi lazımsız edir. Bəzən sistemin bir hissəsində xətalı bir upgrade etməli olacaqsınız.
Yeni versiya buraxılmamışdan əvvəl əksər distributionların pre-release versiyaları təqdim olunur. Alpha software son dərəcə yenidir və ehtimal ki, ciddi bug-lar olur, lakin beta software daha sabit olur, amma son release software-dən daha çox problemi bug-ı olur. Ümumi qayda olaraq, buglar barədə məlumat verərək, inkişafa kömək etmək və ya yeni özəlliklər əldə etmək istəmirsinizsə, siz belə software istifadə etməkdən çəkinməlisiniz.
Daxili Linux Sistemləri
Əsas PC distributionlarına əlavə olaraq, xüsusi məqsədlər üçün bir neçə Linux distributionları mövcuddur. Daxili sistemlər termini telefon və ya nəzarət cihazları kimi mikro komputerlərdə kiçik bir Linux sisteminin işləməsini ifadə edir. Ən çox istifadə olunan daxili Linux sistemləri bunlardır:
Andorid. Günümüzdə bir çox mobil telefonlar Android kimi bilinən Linux əsaslı əməliyyat sistemindən istifadə edir. Onun istifadəçi interfeysi digər smartfonlarla oxşardır, lakin altında Linux kerneli və bir komputerdə tapa biləcəyiniz Linux infrastruktunun böyük hissəsi var. Belə telefonlar X və ya tipik desktop proqramlarından istifadə etmir, əvəzində onlar mobil telefonlar üçün xüsusi proqramlardan istifadə edirlər.
Qeyd: Android ən çox mobil telefon əməliyyat sistemi kimi bilinir, lakin digər cihazlarda da istifadə oluna bilər. Planşetlər, e-kitab oxuyucuları və s.
IoT Cihazlar. Son illərdə Internet of Things (IoT) (əşyaların interneti) termini həm xəbərlərdə, həm də siniflərdə partlayış etmişdir. IoT fiziki şəraiti hiss edə bilən və sistemi kontrol edə bilən kiçik cihazlarda şəbəkə yaratmaqdır. Xüsusi əməliyyat sistemi ilə işləyən kiçik mikroprosessorlar tempratur, rütubət, işıq, hərəkət kimi sensorlardan alınan dataları göstərir və bunlardan motorları, kilidləri və elektrik düymələrini idarə etmək üçün istifadə edir. Arduino və Beagle Bones cihazları kimi daxili nəzarətçilər, habelə Raspberry Pi kimi daha güclü nəzarətçilər məktəb və istehsalat mühitlərində istifadəsi çox geniş yayılmışdır. Raspberry Pi kimi daha böyük nəzarətçilər, müəyyən sensor şərtləri üçün e-poçt xəbərdarlıqları göndərmək kimi tətbiqetmələrdə çox yönlülüyü təmin etmək məqsədilə, əsasən, Linux-un sadələşdirilmiş versiyasını işlədirlər.
TiVo. Bu məşhur Digital Video Recorder (DVR) xüsusi driver-lar və DVR proqram təminatı ilə birlikdə Linux kerneli və bir çox standart dəstəklənən proqramlardan isifadə edir. Onlardan istifadə edən bir çox insan bunun fərqinə varmasa da, onlar Linux əsaslı komputerlərdir.
Əksər daxili Linux sistemləri, adətən, heç olmasa bu kitabda təsvir olunan tapşırıqlar kimi istifadəçilərdən çox az inzibati iş və ya heç bir iş tələb etmir. Bunun əvəzinə bu cihazlarda təcrübəsiz istifadəçilərin şəbəkə parametrləri və vaxt zonaları kimi əsas seçimləri təyin etmək üçün əsas konfiqurasiyalar və idarəedici quraşdırma vasitələri var.
Cloudlarda Linux
Cloud texnologiyaları komputer dünyasını çox dəyişdirdi. Komputer resurslarını və tətbiqlərini paylanan şəbəkə mühitində köçürülməsi, nə qədər şirkətin iş gördüyünü və müştərilərə xidmət göstərdiyini dəyişir. Linux cloud dünyasında vacib rol oynayır. Cloudun nə olduğunu və hansı tip resurslar təmin etdiyi haqqında danışmaq yaxşı olardı. Bu bölmə cloud computingin əsasları haqqındadır.
Cloud Computing nədir?
Cloud termini ilk dəfə 1977-ci ildə müasir İnternetin başlanğıcı olan orjinal ARPANET şəbəkə mühiti üçün olan sənədlərdə gəlib. Burda cloud simvolu, əsasən, coğrafi olaraq dağılmış bir-biri ilə əlaqəli serverlərin böyük şəbəkəsini təsvir etmək üçün istifadə olunurdu. Lakin bu mühitdə hər server özü özünə kifayət edirdi.
Cloud Computing termini paylanmış hesablama ilə əlaqəlidir. Paylanmış hesablamalarda resurslar bir proqramı işə salmaq kimi tapşırığı yerinə yetirmək üçün iki və ya daha artıq server arasında paylanır. Bu mühit bugün Amazon Web Services (AWS), Google Cloud Platform və Microsoft Azure kimi məşhur şirkətlərin başlanğıcı oldu.
Cloud computing, computing resurslarını internet üzərindən çatdırma imkanı verir. İndi müştərilər həm hardware, həm də software resurslarını cloud computing satıcılarından ala bilərlər. Buna serverlər, saxlama yeri, database, şəbəkə, əməliyyat sistemi və hatta şəxsi proqramlar daxildir. Şəkil 1.4 də cloud computing servisin təmin olunması üçün üç metod göstərilib.
Şəkil 1.4 Cloud computing metodları
Şəkildə gördüyünüz kimi cloud computing mühiti xidməti vermək üçün üç əsas metod var:
Public: Public cloud computing mühitlərində,üçüncü bir tərəf, şirkət xaricindəki bütün computing resurslarını təmin edir. Bu resurslar, adətən, bir neçə təşkilat arasında paylanır.
Private: Private cloud computing mühitlərində, hər bir fərdi təşkilat, daxili resursları təmin etmək üçün öz cloud computing resurslarını qurur.
Hybrid: Hybrid cloud computing mühitlərdə, computing resurslar, təşkilat daxili təmin olunur, amma lazım olanda əlavə resurslar üçün xarici public cloudla da əlaqəli olur.
Cloud Servis nədir?
Cloud computing mühitləri hər müştərinin ehtiyaclarından asılı olaraq müştərilərə verilən resursların miqdarını təmin etmək üçün sazlana bilər. Bu bölmə cloud computing satıcılarında tapa biləcəyiniz ən məşhur üç resurs miqdarını təmin etmək modeli haqqındadır.
Infrastructure as a Service (IaaS)
IaaS modelində cloud computing satıcıları şirkətlər üçün tətbiqetmələri yerləşdirmək üçün aşağı səviyyəli server resursları təmin edir. Aşağı səviyyəli resurslara CPU time, yaddaş yeri, ehtiyat(saxlama) yeri və şəbəkə resursları kimi ehtiyacınız olan bütün fiziki komponentlər daxildir (Şəkil 1.5).
Şəkil 1.5 IaaS cloud modeli
Server resursları tək bir serverdə təmin oluna bilər ya da onlar bir neçə server arasında paylana bilər. Paylanan mühitdə serverlər tək müəssisədə və ya bir neçə müəssisələrdə ayrılıqda yerləşə bilər. Bu daha çox istifadəyə yararlığı təmin etməyə kömək edir.
Şəkil 1.5-də göstərildiyi kimi IaaS modelində əməliyyat sistemi və lazım olan proqramlar müştəri tərəfindən təmin edilir. Əksər IaaS mühitləri Linux və Windows serverləri daxil olmaqla bir çox müxtəlif əməliyyat sistemlərini dəstəkləyir. Müştəri, əməliyyat sistemi, proqramın idarəetmə işlərinə cavabdehdir. Cloud computing satıcısı fiziki infrastruktur mühitini qoruyur.
Platform as a Service (PaaS)
PaaS modelində cloud computing satıcıları müştərini həm fiziki server mühiti ilə, həm də əməliyyat sistemi mühiti ilə təmin edir (Şəkil 1.6).
Şəkil 1.6 PaaS cloud modeli
PaaS modelində cloud computing satıcıları fiziki komponentlərə və əməliyyat sisteminin idarəetməsinə cavabdehdir. O, mövcud buraxılışlar və təhlükəsizlik xüsusiyyətlərinə uyğun olaraq, əməliyyat sisteminin düzgün formada düzəldildiyindən və yeniləndiyindən əmin olmaq üçün sistem idarəsi dəstəyini təmin edir. Bu müştərinin PaaS mühitində işləyən proqramların inkişafına fokuslanmasına imkan yaradır.
Software as a Service (SaaS)
SaaS modelində mail server, database server, veb server kimi proqram mühitləri cloud computing satıcıları tərəfindən təmin olunur. Eyni zamanda satıcılar fiziki server mühitini, əməliyyat sistemini və lazımlı software proqramlarını da təmin edirlər (Şəkil 1.7).
Şəkil 1.7 SaaS cloud modeli
Məzmun
Linux mobil telefonlardan superkomputerlərə qədər hər şeydə istifadə edə biləcəyiniz güclü əməliyyat sistemidir. Linux-un mərkəzində onun kerneli var hansı ki, o komputer hardware-sini idarə edir. Müxtəlif utilit (çoxu GNU layihəsindən) və istifadəçi proqramları üzərində qurulmuşdur. Linux bir çox proqramları bölüşdüyü Unix əməliyyat sisteminin bir kopyasıdır. Apple macOS özünə məxsus istifadəçi interfeysinə malik olmasına baxmayaraq, o da başqa bir Unix əməliyyat sistemidir. Windows-la bir çox xüsusiyyətləri paylaşmasına baxmayaraq, o Unixdən tamamilə fərqli bir əməliyyat sistemidir. Beləcə Linux və Windows arasında proqram təminatı uyğunluğu məhduddur. Linuxun hər birinin özünəməxsus özəllikləri olan distributionları var. Bu müxtəlifliklərlə siz istifadə rahatlığı, buraxılma dövrü və digər unikal xüsusiyyətlərə əsaslanaraq ehtiyaclarınıza ən uyğun Linux versiyasını seçə bilərsiniz. Linux özəlləşdirilə bilən xüsusiyyətlərinə və kiçik ölçüsünə görə embedded sistemlər üçün istifadə olunan məşhur bir əməliyyat sistemidir. Eyni xüsusiyyətlər Linuxu dünyaya paylanılan tətbiqetmələri dəstəkləyən böyük cloud computing mühitləri üçün ideal edir.
İmtahan Əsasları
Linux distributionuna nəyin səbəb olduğunu və onların niyə bu qədər çox olduğunu izah edin. Linux distributionu, Linux sistemini idarə etmək üçün lazım olan komponentlər paketidir. Buna Linux kerneli və ümumiyyətlə sistemi idarə etmək üçün utilitlər, tətbiq proqramları və proqram təminatının yükləmə və silinməsi üçün idarəetmə sistemi paketi daxildir. Fərqli Linux istifadəçilərinin desktop office avtomatlaşdırılması, multimedia istehsalı, riyazi simulyasiya, veb və ya database server xüsusiyyətləri kimi müxtəlif ehtiyacları olur. Müxtəlif Linux distributionlarının hər biri spesifik xüsusiyyətləri və funksiyaları dəstəkləmək üçün özəlləşdirilmişdir ki, bunu siz etməyəsiniz.
Linuxun embedded sistemlərdə necə istifadə edildiyini izah edin. Embedded sistemlər tez-tez spesifik hardware idarəetməsində ixtisaslaşmış sadələşdirilmiş Linux sistemindən istifadə edir. Android telefonlar, IoT monitorlar və TiVo videoyazıcıları kimi cihazların hər biri yalnız bu cihazlar üçün tələb olunan funksiyaları yerinə yetirən özəlləşdirilmiş Linux sistemindən istifadə edir.
Linuxun cloud mühitində necə istifadə olunduğunu izah edin. Cloud mühiti lazım olan qədər genişlənə bilən computing mühiti tələb edir. Linux serverləri, asanlıqla dəyişdirilə bilən, ucuz platforma təmin edir.
Linux, macOS və Windows mühitləri arasındakı əsas fərqləri izah edin. Linux ilə macOS və Windows mühiti arasındakı əsas fərq seçimdir. Əməliyyat sisteminin hər xüsusiyyətinə görə Linux sizin seçməyiniz üçün seçimlər təklif edir. Bunlara desktop xüsusiyyətləri, tətbiq proqramları və hətta software dəstəyi üçün nə qədər ödədiyiniz də daxildir.
Linux distributionunun life-cycle management-ini izah edin. Hər bir əməliyyat sistemi, texnologiya ilə ayaqlaşmağa, xüsusiyyətləri inkişaf etdirməyə, proqram problemlərini həll etməyə, təhlükəsizlik açıqlarından qorunmağa görə update tələb edir. Life-cycle management əməliyyat sisteminin hansı tezliklə yenilənməsi ilə bağlıdır. Bəzi əməliyyat sistemləri müntəzəm olaraq yenilənirlər, bəziləri də sadəcə lazım olanda. Fərqli Linux distributionları istifadəçi bazasından asılı olaraq, müxtəlif life-cycle dəstəkləyirlər. Bəzi Linux distributionları yüz minlərlə işçi üçün əməliyyat sistemi versiyalarını dəyişdirmək istəməyən korporativ mühitlər üçün ideal olan üç ildən beş ilədək saxlanılan uzunmüddətli dəstəklənən (long-term support) (LTS) versiyaları istehsal edir.
Last updated
Was this helpful?